30 Sentyabr 2016 01:22
615
12 Punto 14 Punto 16 Punto 18 Punto

"İlk 20 dəqiqədə yaxşı çıxış etdik. Buna görə təəssüflənmirəm. Amma qalan 70 dəqiqə ərzində daha yaxşı və maraqlı oynaya bilərdik".

"Report"un məlumatına görə, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının qrup mərhələsinin II turu çərçivəsində "Fiorentina"ya 1:5 hesablı məğlubiyyətdən sonra deyib.

O bildirib ki, "Fiorentina"nın yaxşı oyunçuları və dayanmadan taktiki dəyişikliklər edən Paulu Souza kimi dahi baş məşqçisi var. Qurbanovun fikrincə, görüş saat 23:05-də başlasaydı, oynamaq daha çətin olacaqdı. 44 yaşlı mütəxəssis komandasının verdiyi tapşırıqlara uyğun oynamasından razılıq ifadə edib:
"Mən də irəlidə yaxşı oynayan və topla davranmağı bacaran bir neçə futbolçunu qeyd edərdim. İlk 20 dəqiqədə yaxşı çıxış etdik. Buna görə təəssüflənmirəm. Amma qalan 70 dəqiqə ərzində daha yaxşı və maraqlı oynaya bilərdik".

Baş məşqçi "Qarabağ" üçün Avroliqada hər şeyin hələ başa çatmadığını və irəlidə 4 oyunun olduğunu da xatırladıb:

"Bizim Avropada gözəl təcrübəmiz var. Buna görə də, biz belə ciddi uğursuzluqlara öyrəşmişik".

Qeyd edək ki, 30-cu dəqiqədə Elvin Yunuszadənin qovulmasından sonra azlıqda qalan "Qarabağ" "Fiorentina"ya 1:5 hesabı ilə uduzub.


Müəllif: