3 Oktyabr 2016 13:05
543
12 Punto 14 Punto 16 Punto 18 Punto

Məhbusluq həyatını başa vuran Münhenin “Bavariya” futbol klubunun sabiq prezidenti Uli Höness yenidən bu posta yeganə namizəddir.

Teleqraf.com xəbər verir ki, Münhen komandasının direktorlar şurası artıq 64 yaşlı futbol funksionerini noyabrın 25-də keçiriləcək prezident seçkisində tək namizəd kimi qeydiyyata alıb.

Xatırladaq ki, prokurorluq onu dövlətdən 27 milyon avro mənimsəməkdə günahlandırmışdı. Münhen əyalət məhkəməsi isə 2014-cü ilin martında U.Hönessin 3,5 il müddətinə həbsi ilə bağlı qərar vermişdi. Lakin sonradan məhkəmə orqanı onun əvvəllər məhbusluğu olmaması və təqsirini etiraf etməsini rəhbər tutaraq vaxtından əvvəl - cari ilin fevralında məhbusluqdan azad etmişdi.

Bundesliqa tarixində ən gənc futbol funksioneri kimi tarixə düşən almaniyalı mütəxəssis iyirmi yeddi il “Bavariya” klubunda menecer vəzifəsində çalışıb. Münhen klubunda futbolçu kimi də bir çox titullara yiyələnən Hönessin aktivində 336 oyuna 111 qolu var. 1972-ci ildə Almaniya millisinin heyətində Avropa və 2 il sonra dünya çempionatının qalibi olub.


Müəllif:

Oxşar xəbərlər