5 Oktyabr 2016 08:36
1 123
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Barselona"nın futbolçusu Arda Turan Türkiyə millisində karyerasını başa vuracağı iddialarına münasibət bildirib.

Qol.az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, o, yığmaya dəvət olunacağı təqdirdə, bunu qəbul edəcəyini deyib:

"Məqsədim həmişə türk futbolu üçün oynamaqdır. Buna görə hər şey edəcəyimə söz verirəm. Milliyə gəl desələr, gələcəm, get desələr, gedəcəm. Başqa heç bir açıqlama vermək istəmirəm. Mənim üçün İspaniyada hər şey yaxşı gedir. Fikrimi ancaq "Barselona"nın uğur qazanmasına yönəltmişəm".

O, Türkiyə millisinin DÇ-2018-in seçmə mərhələsində Ukrayna ilə keçirəcəyi oyun haqda da danışıb:

"Milli üçün önəmli matç olacaq. Komanda yoldaşlarımı dəstəkləyəcəm. Həm biz, həm xalqımız dualarımızla milli komandamızı sona kimi dəstəkləməliyik. Ümid edirəm ki, hər iki oyunda qalib gəlib 6 xal qazanacağıq".

Qeyd edək ki, A.Turan DÇ-2018-in seçmə mərhələsində Ukrayna və İslandiya ilə oyunlar üçün yığmaya çağırılmayıb. O, bundan əvvəl Xorvatiya ilə görüş üçün milliyə dəvət edilməyib.


Müəllif:

Oxşar xəbərlər