2018-ci il dünya çempionatının seçmə mərhələsi çərçivəsində baş tutacaq Azərbaycan-Norveç futbol oyununun hakimləri açıqlanıb.
Teleqraf.com xəbər verir ki, “C” qrupunda keçiriləcək görüş israilli hakimlər briqadasına tapşırılıb.
Matçın baş hakimi Liran Liani olacaq. Ona David Elyas Bitton, Nissan Davidi kömək edəcək. Dördüncü hakim funksiyasını isə Eytan Şmuelevitz yerinə yetirəcək.
Onların işinə isə Lüksemburq federasiyasından Çarles Şaak qiymət verəcək.
Qeyd edək ki, Azərbaycan - Norveç oyunu oktyabrın 8-də saat 20:00-da başlayacaq.