Qazaxıstanın "Kayrat" klubun futbolçusu Andrey Arşavin idman jurnalisti Pyotr Volkov ilə mərci udub.
Teleqraf.com xarici mediaya istinadən xəbər verir ki, mərcə əsasən Arşavin Qazaxıstan çempionatında 8 qol vurmalı idi.
Andrey 8-ci qoldan sonra jurnalistin saçını qırxmağa hazır olduğunu bildirib. Tanınmış rusiyalı futbolçu Qazaxıstanda yerləşən ticarət mərkəzlərinin birində jurnalistin başını keçəl edib.
Elvin