Türkiyə 2- Ukrayna 2
Bu gün DÇ-2018-in Avropa zonası üzrə seçmə mərhələdə ikinci turun oyunlarına start verilib.
Teleqraf.com-un xəbərinə görə bu gün D, G və İ qruplarında yer alan milli kollektiivlər meydana çıxırlar.
Azərbaycan idman sevərlərinin əsas diqqəti isə Türkiyə-İpaniya oyununa yönəlib. Artıq oyunda birinci hissə başa çatıb. Ukrayna millisi hesabda öndədir. Andrey Şevçenkonun yetirmələri ilk hissənin24-cü dəqiqəsində Andrey Yarmolenkonun penaltidən vurduğu qolla önə keçiblər. Ukrayna milli 27 dəqiqədə Artyom Kravetsin vurduğu qolla üstünlüyünü möhkəmlədib: 0-2.
Türkiyə milliləri 45-ci dəqiqədə Ozan Tufanın qolu ilə hesab arasındakı fərqi azalda biliblər: 1-2, 81-ci dəqiqədə Çalhanoğlu penaltini qola çevirə bilib və hesab bərabərləşib: 2-2. Oyun elə bu hesabla da başa çatıb.
Qeyd edək ki, Türkiyə millisi bugünkü oyuna aşağıdakı heyətlə çıxıb:
Volkan Babacan, Şener Özbayraklı, Ömer Toprak, Hakan Balta, Caner Erkin, Mehmet Topal, Ozan Tufan, Hakan Çalhanoğlu, Emre Mor, Enes Ünal, Cenk Tosun
Ukraynanın heyəti isə belədir: Pyatov, Butko, Sobol, Kucher, Stepanenko, Kovalenko, Konoplyanka, Kravets, Ordets, Zinchenko, Yarmolenko