1 İyul 2014 10:04
1 051
12 Punto 14 Punto 16 Punto 18 Punto

Arzu Əliyevanın oğlu Aydın ilə yeni şəkili yayılıb

Adam Içində Azərbaycan respublikasının prezidenti İlham Əliyevin kiçik nəvəsi Aydının yeni fotosu yayılıb.

Teleqraf.com bildirir ki, ölkə başçısının kiçik qızı Arzu Əliyeva mediadan kənar saxladığı oğlu ilə olan yeni şəklini paylaşıb.

Görüntünü Facebook səhifəsinə yükləyən xanım şəkli ürək işarələri ilə şərh edib. Arzu xanım oğlu ilə birlikdə dəniz kənarında qumda istirahət edərkən görüntülənib. A. Əliyeva hər zaman olduğu kimi bu dəfə də övladının üzünü göstərməyib.

Qeyd edək ki, prezidentin nəvəsinin bir müddət öncə 2 yaşı tamam olub.

Xatırladaq ki, Arzu Əliyeva və Səməd Qurbanov 2011-ci ilin sentyabr ayının 3-ü ailə həyatı qurublar.

Cütlüyün Aydın adlı 1 oğul övladı var.


Müəllif: