Ötən gün AFFA-nın prezidenti Rövnəq Abdullayev Bakı Olimpiya Stadionunda Azərbaycan milli komandasının üzvləri ilə görüşüb.
Teleqraf.com-un AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, AFFA prezidenti DÇ-2018-in seçmə mərhələsi çərçivəsində oktyabrın 8-də Norveç yığması ilə qarşılaşacaq millimizə uğurlar arzulayıb.
AFFA-nın vitse-prezidenti Elşad Nəsirov və baş katib Elxan Məmmədov görüşdə iştirak edib.