DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan və Norveç milli komandaları qarşılaşacaq.
Teleqraf.com xəbər verir ki, qarşılaşma bu gün saat 20:00-da Bakı Olimpiya Stadionunda keçiriləcək.
Matçı İsraildən olan hakimlər briqadası idarə edəcək. Bundan başqa, oyunu izləyənlər arasında UEFA nümayəndəsi Çarlz Sçak da olacaq.