Hollandiya millisi ciddi itki ilə üzləşib.
Komandanın aparıcı üzvü Uesli Sneyder zədə səbəbindən növbəti oyunda iştirak etməyəcək. Millinin baş məşqçisi Denni Blind mətbuat konfransında Sneyderin durumunun ciddi olduğunu deyib.
Təcrübəli yarımmüdafiəçi DÇ-2018-in seçmə mərhələsində Belarusla oyunda (4:1) zədələnib.
İlk hissədə zədə alan “Qalatasaray”ın futbolçusu fasilədə əvəzlənib.
Qeyd edək ki, Hollandiya millisi oktyabrın 10-da Fransanın qonağı olacaq. //Qol.az