19 yaşadək futbolçulardan ibarət milli komandamız Litvada keçirilən seçmə mərhələdə son oyununu keçirib.
Teleqraf.com xəbər verir ki, Nazim Süleymanovun komandası Litva ilə üz-üzə gəlib. Matç yığmamızın 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Bu qələbə sayəsində millimiz qrupu üçüncü yeri tutub. Nazim Süleymanovun komandasının az da olsa, Elit raunda yüksəlmək şansı var. Belə ki, yığmamız yaxşı üçüncü yerin sahibi kimi növbəti tura adlaya bilər.
U-19 Avropa çempionatı, seçmə mərhələ
V qrup
9 oktyabr
Azərbaycan - Litva 2:0
Qollar: Fərid Nəbiyev, 33 (1:0), Rövlan Muradov, 45+1 (2:0
Baş hakim: Georgias Kizas (Yunanıstan)
Yan xətt hakimləri: Çasan Kula (Yunanıstan), Frederik Qodelayn (Belçika)
Dördüncü hakim: Conatan Lardot (Belçika)
Bosniya və Hersoqovina - Avstriya 1:3
Qollar: Haciç, 6 (1:0), Lovriç, 33 (1:1), Dianso, 50 (1:2), Tuccar, 90+3 (1:3)