12 Oktyabr 2016 08:17
530
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Real" ev oyunlarını keçirdiyi "Santyaqo Bernabeu" stadionunda yenidənqurma işləri aparacaq.

Madrid klubu bununla bağlı şəhər bələdiyyəsindən icazə alıb.

"Real"ın prezidenti Florentino Peres deyib ki, təmir işlərinə gələn ildən başlanacaq. Bunun üçün 400 milyon avro vəsait ayrılacaq.

Yenidənqurma işlərindən sonra stadionun ölçüləri dəyişəcək. Arena daha hündür olacaq. Amma bu dəyişiklik azarkeş tutumuna təsir etməyəcək. Arena ilə yanaşı, “Real”ın muzeyi də təmir olunacaq.

Qeyd edək ki, "Real" "Santyaqo Bernabeu" stadionunun ətrafında otel tikmək istəsə də, şəhər bələdiyyəsi buna razılıq verməyib.

Qol.az


Müəllif: