Beynəlxalq Futbol Federasiyaları Assosiasiyası (FİFA) ölkə futbol federasiyalarına maddi yardım edəcək.
Teleqraf.com xəbər verir ki, bu barədə qərar ali futbol qurumunun İsveçrənin Sürix şəhərində keçirilən İcraiyyə Komitəsinin iclasında qəbul olunub.
Qurumun yaxın 10 ildəki “Yol xəritəsi”nə əsasən bu müddət ərzində futbolun inkişafı və kütləviləşdirilməsi proqramı çərçivəsində 211 ölkə federasiyasına 4 milyard dollar ödəniləcək.
Qeyd edək ki, yığıncaqdan sonra açıqlama verən FİFA prezidenti Canni İnfantino futbolun kütləviliyini artıraraq dünya əhalisi üzrə maddi yardımın həcmini 45-dən 60 faizə qaldırmaq istədiklərini bildirib.