14 Oktyabr 2016 18:36
592
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün milli komandaların UEFA reytinqinin yeni siyahısı açıqlanıb.

Qol.az-ın qurumun saytına istinadən yaydığı xəbərə görə, qitənin 55 komandasının yer aldığı siyahıda millimiz ötən ayla müqayisədə 2 pillə irəliləyib.

Xal hesabını 16 871-ə çadıran komandamız 38-ci yerdə qərarlaşıb.

DÇ-2018-in seçmə mərhələsində Norveçi məğlub etməsi (1:0), Çexiya səfərindən isə bir xalla dönməsi yığmamızın irəliləməsinə səbəb olub.

Millimizin DÇ-2018-in seçmə mərhələsindəki rəqiblərindən Almaniya bir pillə irəliləyərək zirvəni ələ keçirib.

Çexiya 5 pillə geriləyərək 24-cü yerdə qərarlaşıb. Şimali İrlandiya ötən ay olduğu kimi 27-ci yerdədir. Norveç 1 pillə geriləyərək 31-ci yerə düşüb. San Marino isə əvvəlki kimi 52-cidir.


Müəllif: