15 Oktyabr 2016 16:47
441
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Paralimpiya Komitəsinin prezidenti Filip Kreyven yaxın aylarda postunu tərk edəcək.

"Report" TASS-a istinadən xəbər verir ki, bu barədə Rusiya Paralimpiya Komitəsinin rəhbəri Vladimir Lukin məlumat verib.

Onun sözlərinə görə, F.Kreyven artıq 3 dəfə prezident seçildiyindən "limiti doldurub", daha Komitə rəhbəri ola bilməz.

Qeyd edək ki, yeni prezident seçkilərinin baş tutacağı BPK-nın Baş Assambleyası 2017-ci il sentyabrın 7-8-də Əbu-Dabidə keçiriləcək. Assambleyanın sessiyasında 150-dən çox ölkədən 550-dən çox nümayəndə iştirak edəcək.

Xatırladaq ki, F.Kreyven 2001-ci ildən BPK-nın prezidentidir, 2003-ci ildən isə Beynəlxalq Olimpiya Komitəsinin (BOK) üzvüdür.


Müəllif: