17 Oktyabr 2016 00:33
513
12 Punto 14 Punto 16 Punto 18 Punto

Ukrayna boksçusu Vladimir Kliçko və britaniyalı Entoni Coşua bu ilin dekabrında döyüş keçirmələri ilə bağlı razılığa gəliblər.

“Report” TASS agentliyinə istinadən xəbər verir ki, bu barədə britaniyalının promouteri Eddi Hirn bildirib.

“Boksçular arasında razılığa gəlinib, döyüşün rəsmi anonsu yaxın vaxtlarda veriləcək”, - Hirn bildirib.

Qeyd edək ki, Kliçko peşəkar karyerasında keçirdiyi 68 döyüşdən 64-də qələbə qazanıb (53-ü nakautla) və 4 məğlubiyyət yaşayıb. Coşua isə hələ də peşəkar rinqdə məğlubiyyət görməyib – 17 qələbə, hamısı nakautla.


Müəllif: