Eyni cür məşqlərdən bezmisiniz? Belə şeylər olur. Bu gün sizə yerdən jimin müxtəlif üsullarını təqdim edəcəyik. Məşqinizə rəng qatmağı öyrənin və pozitiv olun. Teleqraf.com /raundaz.com/ saytına istinadla müxtəlif pozalarda "jim" vurmağın qaydalarını təqdim edir.
Enli tutuş
Çiyin və qol əzələləri az səviyyədə gücə düşürlər. Əksər güc sinə əzələlərinə düşür. Əsas olan kürəyinizin yerə doğru sallanmasına icazə verməyin və çanağınızı yuxarıda saxlayın. Qollarınız 90 dərəcə qatlanana qədər aşağı enin.
Dar tutuş
Bu üsul daha çox triseps əzələlərinin ikişafı üçün nəzərdə tutulub. Tarazlığı saxlamaq üçün ayaqlarınızı biraz aralı tuta bilərsiniz.
Barmaqlar üzərində
Bu üsul sinə, bilək və çiyinaltı əzələləri bərkidir. Əllərinizi çiyin səviyyəsindən biraz enli tutun.
Yumuruqlarınız üstündə
Bir çoxları məşqdən sonra bilək ağrılarından şikayətlənirlər. Həlli – yumuruqlarla məşq. Bu zaman güc barmaq sümüklərinə düşür. Əlinizin altına yumuşaq bir şey qoymağı unutmayın. Yadda saxlayın ki, bu məşq üsulu çiyin və sinə üçün işləyir.
Əl çalmaqla edilən jim
Bu partlayışlı (polimetrik) məşq gələcəkdə sinə, çiyin və triseps əzələlərinin inkişafına yararlıdır. Tarazlığı saxlamaq üçün ayaqları biraz aralı qoymağa icazə var.
Kürəyin arxasında əl çalmaqla jim
Bəli, bu realdır. Hətta bəziləri həm öndə və həm də arxada əl çalmaqla (eyni təkrarda) jim etməyi bacarırlar.
Bir ayaq üstünə jim
Çətin olan tarazlığın saxlanılmasıdır. Pres, sinə və qol əzələlərinə işləyir.
Bir əl üstündə
Triseps, sinə və çiyinaltı əzələlərini bərkidir. Bu məşqi yalnız adi jimi mükəmməl edən edə bilər, əks halda zədə almaq imkanı yüksəkdir.
Ayaqlar hündürlükdə
Bu üsulla sinənin üstünü və qollarınızı inkişaf etdirə bilərsiniz. Ayaqlarınızı istənilən hündür bir yerə qoyaraq məşq edin. Yerə toxunana qədər aşağı enin və çalışın ayağınızın altındakı qaçmasın.
Növbəli jim
Məşq əllərdə qantel ilə yerinə yetirilir. Yerdən qalxan zaman növbəli hər əlinizi yığın və yana aparın. Eyni anda kürək, çiyin və qol əzələləriniz işləyəcək.