Rusiyanın futzal üzrə qadın yığması İranda keçirilən iki matça hicabla qatılıb.
Teleqraf.com sports.ru-ya istinadən xəbər verir ki, yığma İranda iki yoldaşlıq oyunu keçirib. “Dina” mini-futbol klubunun icraçı direktoru Aleksandr Koçetkov qeyd edib ki, İran dini dövlət olduğuna görə onların ənənələrinə riayət edirlər: “Rusiya mini-futbol assosiasiyası İranla çox sıx əməkdaşlıq edir. Bizim qızlarımız daim İrana gedir, eyni zamanda iranlılar bizim ölkəmizə gəlir. Yığmamız İranda şalvar və hicabla oynayır. Çünki müsəlmanların dininə görə qadın saçını göstərməməlidir. Bizim qızlar da buna əməl edir. İranın hansı şəhərində olursan ol, yolda nişanlarda göstərilir ki, hicabsız gəzmək olmaz. Mən maraq üçün bir dəfə soruşdum ki, yığma komandamız ənənəvi geyimdə matça çıxa bilərmi? Cavabında mənə dedilər ki, o zaman zalda kişi olmamalıdır: nə işıqçı, nə operator, nə rejissor. Belə olan halda matç translyasiya olunmamalı idi. Bizim qızlarımız mənə deyirlər ki, artıq hicaba öyrəşiblər. İrandakı oyunlar ildə iki dəfə olur, idmanda hansı şərtlər olursa olsun, üstünlüyü rəqibə vermək olmaz. Buna görə də qızlarımız müsəlmanların ənənələrinə hörmət edib hicab geyinirlər”.
Kəmalə