“Bir müddətdi Ronaldinyonun Bakıya səfərini planlaşdırırdıq. Onun üçün yalnız bu gün imkan oldu. Bu səfərin baş tutmasına sevinirik”.
Teleqraf.com xəbər verir ki, bunu “Qəbələ” klubunun prezidenti Tale Heydərov deyib.
Əfsanəvi braziliyalı futbolçu Ronaldinyonun Bakı səfəri ilə bağlı təşkil edilən mətbuat konfrasında klub rəhbəri fikrini bu sözlərlə davam etdirib: “Qəbələdə bir neçə ildi futbol akademiyası fəaliyyət göstərir. Amma Bakının nüfuzuna və digər səbəblərə görə yeni akademiyanın Bakıda fəaliyyət göstərəcək. Ümid edirik ki, Ronaldinyonun adını daşıyacaq akademiya gənclərdə futbola marağı artıracaq. Ronaldinyo öz şəxsi heyəti ilə akademiyanın fəlsəfəsini quracaq, onun inkişafında özü iştirak edəcək. Sual verə bilərsiz ki, akademiya harda yerləşəcək? Bu, hələ məlum deyil. Danışıqlar gedir. Yaxın zamanlarda bəlli olacaq. Bu layihədə bizə göstərəcəyi dəstəyə görə, AFFA-ya da təşəkkür edirik”.
***
"Əvvəllər də Azərbaycan haqqında yaxşı sözlər eşitmişdim. Bu ölkədə braziliyalı futbolçuların oynadığını bilirdim. Təqribən 1,6 ay öncə biz "Qəbələ" ilə futbol məktəbimin Azərbaycanda açılması barədə danışıqlara başladıq. Bakıya dünən gecə saatlarında çatmışam. Hava limanından çıxandan sonra restoranda yemək yedim. Mətbəxinizi çox bəyəndim. Bu gün də bura gəlmişəm. Tədbirdən sonra şəhərlə tanışlıq imkanım olacaq".
Teleqraf.com-un xəbərinə görə, bunu Bakıda səfərdə olan məşhur braziliyalı futbolçu Ronaldinyo keçirdiyi mətbuat konfransında deyib.
"Əsas məqsədim akademiyaya gələn uşaqların adımı eşidərək, məşqlərə daha ciddi yanaşmalarıdır. Onlar gələcəkdə böyük futbolçu olsalar, bu, mənim uğurum olacaq və buna da sevinəcəyəm. Onların böyük klublarda oynamaq imkanları olsa, buna kömək göstərəcəyəm. Allah mənə istedad verdi. Böyüyəndə hamıdan çox məşq edirdim. Bu da bəhrəsini verdi və bütün titulları qazandım" - məşhur futbolçu vurğulayıb.
O, "Qremio" klubunun azarkeşi olduğunu deyib və sevimli futbolçusunun adını da açıqlayıb: "Sevimli futbolçum Lionel Messidir".
Ronaldinyo jurnalistlərin suallarını cavablandırarkən isə "Əslində mən elə Pele və Maradona səviyyəsindəyəm... Düzü, hamının məni sevdiyini deyə bilmərəm. Amma bəlkə də ona görə ki, gözəl futbol oynamışam, öz oyun stilim olub. Buna görə də bütün ölkələrdə məni sevirlər", - deyib.
16:34
"Ronaldinyonun Bakıya səfərini bir müddətdir planlaşdırırdıq. Bu gün imkan oldu. Bakıya səfər etdiyinə görə çox sevinirik".
Teleqraf.com-un məlumatına görə, bu fikirləri "Qəbələ" İdman Klubunun prezidenti Tale Heydərov bildirib.
Onun sözlərinə görə, səfərdə məqsəd Ronaldinyo Akademiyasının açılmasıdır: "Qəbələdə belə bir akademiya olsa da, Bakıda da yaradılmasını məqsədəuyğun saydıq. Ümidvarıq ki, bu akademiya gənclərin futbola marağını artıracaq. Bundan başqa, Ronaldinyo öz fəlsəfəsini quracaq, şəxsən iştirak edəcək".
T.Heydərov deyib ki, akademiyanın harada yerləşəcəyi hələlik məlum deyil: "Bununla bağlı danışıqlar aparılacaq və qərar verəcəyik. AFFA bizə dəstək verəcəyinə söz verib".
"Ronaldinyo ən sevdiyim futbolçulardan biridir. Əlbəttə, ilkin olaraq Azərbaycana gəlməsi mövzusu yox idi. Amma elə gətirdi ki, biz danışıqlara başladıq. Özü də maraqlı olduğunu bildirdi. Ronaldinyo akademiyalarının bir neçə ölkədə fəaliyyət göstərməsindən məlumatlı idik. Eyni zamanda, "Qəbələ" futbol akademiyasının neçə ildir Azərbaycanda fəaliyyət göstərməsi və klubumuzun marağını nəzərə alaraq danışıqlara başlanıldı. Çox sevinirik ki, bu, baş tutdu. Bu səfərlə əlaqədar "Qəbələ"nin Fransada "Sent Etyen"lə oyununu izləyə bilməyəcəyəm. Çox çətin oyun olacaq. Amma futbolçular və məşqçilər bütün bacarıqları ilə mübarizə aparacaqlarına söz veriblər. Vaxt çox azdır. Ancaq Ronaldinyo çalışacaq ki, "Qarabağ"ın PAOK-la oyununu izləsin. Bu, səfər proqramından asılı olacaq", - deyə "Qəbələ"nin prezidenti vurğulayıb.
Foto: Məhəmməd Türkmən