“Qarabağ”ın yarımmüdafiəçisi Dani Kintana UEFA Avropa Liqasının qrup mərhələsində həftənin ən yaxşı futbolçusu seçilib.
Teleqraf.com xəbər verir ki, UEFA-nın rəsmi saytında azarkeşlər arasında keçirilən sorğuda 69 faiz səs toplayan ispaniyalı yarımmüdafiəçi bütün rəqiblərini qabaqlayıb.
O, Kevin Monne Poke (“Sent-Etyen”, 8 faiz), Viktor İbarbo (“Panatinaikos”, 8 faiz), Pol Poqba (“Mançester Yunayted”, 7 faiz), Raul Rusesku (“Osmanlıspor”, 4 faiz), Antonio Kandreva (“İnter”, 2 faiz), Yevgeni Konoplyanka (“Şalke”, 2 faiz) və Nikola Kaliniçi (“Fiorentina”, 1 faiz) böyük səs çoxluğu ilə geridə qoyub.
D.Kintana “Qarabağ”-PAOK (2:0) oyununda ilk qolun müəllifi olub.