23 Oktyabr 2016 08:57
1 609
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qəbələnin turizm obyektləri artıq dünyada tanınmağa başlayıb. Bunu Azərbaycanın turizm mərkəzinə çevrilən Qəbələyə gələn əcnəbi turistlərin ildən-ilə artan sayı da təsdiqləyir. Rayonda çoxşahəli turizm obyektlərinin istifadəyə verilməsi və görülən digər tədbirlər bu bölgəyə marağı getdikcə artırır. Belə obyektlərdən biri də Qəbələ Stend və Ox Atıcılığı Kompleksidir.

Teleqraf.com xəbər verir ki, kompleksdə yaradılan yüksək şərait idmançılarla yanaşı, turistlərin, eləcə də atıcılığa marağı olan hər bir qonağın vaxtını səmərəli və əyləncəli keçirməsinə imkan verir. Təsadüfi deyil ki, kompleksin xidmətlərindən bu yay 20 minə yaxın turist yararlanıb.

Qəbələ Stend və Ox Atıcılığı Kompleksində tez-tez beynəlxalq və respublika səviyyəli yarışların təşkili bölgələrdə stend və güllə atıcılığı idman növlərinin inkişafına təkan verir. Qazaxıstan, Birləşmiş Ərəb Əmirlikləri, Avstraliya, Rusiya, Gürcustan və Türkiyənin atıcılıq üzrə yığma milli komandaları məhz bu kompleksdə təlim-məşq toplanışlarında iştirak edərək beynəlxalq yarışlara hazırlaşıblar.


Müəllif:

Oxşar xəbərlər