24 Oktyabr 2016 08:05
465
12 Punto 14 Punto 16 Punto 18 Punto

Avropa Liqasının qrup mərhələsində “Qəbələ” ilə eyni qrupda yer alan komandalar ölkə çempionatında növbəti oyunlarını keçiriblər.

Cümə axşamı təmsilçimiz üzərində 1:0 hesablı qələbə qazanan “Sent Etyen” Fransa çempionatında da 3 xala sevinib.

Səfərdə “Kann”ın qonağı olan “Sent-Etyen” 2:0 hesablı qələbə qazanıb. 3 xal gətirən qolları ikinci hissədə Saivet və Veretout vurub. Xallarının sayını 16-ya çatdıran “Sent-Etyen” turnir cədvəlində 7-ci yeri tutur.

Bundesliqanın 8-ci turunda “Maynts” səfərdə “Şalke”nin qonağı olub. Matç “Maynts”ın 0:3 hesablı məğlubiyyəti ilə başa çatıb. Böyükhesablı məğlubiyyətdən sonra əvvəlki kimi 11 xalda qalan “Qəbələ”nin rəqibi 9-cu pillədə qərarlaşıb.

“Anderlext” isə Belçika çempionatının 11-ci tuturunun mərkəzi görüşündə “Brügge”nin qonağı olub. Son çempionla bacarmayan “Anderlext” meydandan 1:2 hesablı yenilgi ilə ayrılıb. 21 xala malik Brüssel klubu turnir cədvəlində üçüncüdür.


Müəllif: