Topaz Premyer Liqasının IX turu çərçivəsində baş tutan “Neftçi” – “Qarabağ” matçı insidentlə başa çatıb. Apasport.az saytının məlumatına görə, oyunun 90-cı dəqiqəsində “Qarabağ”ın vurduğu ikinci qoldan sonra meydana azarkeş daxil olub.
Meydanın mərkəzinə tərəf irəliləyən azarkeşə gözlənilmədən “Neftçi”nin rumıniyalı hücumçusu Katalin Tira hücum çəkib. Futbolçunun bu hərəkətinə təəccüblənən azarkeş özünə gəlməyə imkan tapmamış Tira ona iki-üç dəfə zərbə endirib.
Yalnız “Qarabağ”lı oyunçuların müdaxiləsindən sonra azarkeşi xilas etmək mümkün olub.
Rumıniyalı hücumçunun bu hərəkəti baş hakim Ramil Diniyev tərəfindən “qırmızı” ilə cazalandırılıb.