Bu gün Topaz Premyer Liqada 9-cu turun oyunlarına yekun vurulub.
Qol.az-ın məlumatına görə, son oyun gününə nəzərdə tutulan iki görüşdən biri başa çatıb.
Lider “Qəbələ” səfərdə “Sumqayıt”ın qonağı olub. Oyun 2:2 hesablı bərabərliklə başa çatıb.
Digər oyunda isə əzəli rəqiblər üz-üzə gələcək. Son vaxtlar yaxşı günlərini yaşamayan “Neftçi” öz meydanında “Qarabağ”ı qəbul edib. Ağdam klubu 2:0 hesabı ilə qalib gəlib.
25 oktyabr
19:00. “Neftçi” – “Qarabağ” - 0:2
Qollar: Rahid Əmirquliyev,29, Jayro Filyo Rodriges, 90-avtoqol
Qırmızı vərəqə: Katalin Tira, 90+1 ("Neftçi")
Hakimlər: Ramil Diniyev, Mehman Mahmudov, Akif Əmirəli, Knyaz Əmiraslanov
Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov
8-ci kilometr qəsəbə stadionu
16:00. “Sumqayıt” – “Qəbələ” - 2:2
Qol: Yusif Nəbiyev, 46 (1:0), Rəşad Eyyubov, 64 (1:1), Filip Ozobiç, 73 (1:2), Amil Yunanov, 90+4 (2:2)
Qırmızı vərəqə: Sadiq Quliyev, 90+4 ("Qəbələ")
Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Cavanşir Yusifov, Azər Əsgərov
Əlavə köməkçi hakimlər: İnqilab Məmmədov, Rəvan Həmzəzadə
"Kapital Bank Arena"
23 oktyabr
“Kəpəz” - “İnter” - 0:0
Gəncə şəhər stadionu
24 oktyabr
16:00 AZAL - “Zirə” - 1:1
Qol: Meza Kolli, 25 (0:1), David Canalidze, 64 (1:1)