26 Oktyabr 2016 11:30
405
12 Punto 14 Punto 16 Punto 18 Punto

Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən Uşaq-Gənclər Şahmat məktəbləri komandalarının final yarışları başa çatıb.

Nazirlikdən AZƏRTAC-a bildiriblər ki, Xaçmaz Olimpiya Kompleksində keçirilən final mərhələsi üzrə zona yarışlarında I, II və III yerləri tutmuş komandalar mübarizə aparıb.

Yarışın nəticəsinə əsasən, birinci yeri Quba rayon İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, ikinci yeri “Təhsil” Respublika İdman Mərkəzinin Respublika İxtisaslaşdırılmış Olimpiya Ehtiyatları Uşaq-Gənclər Şahmat Məktəbi, üçüncü yeri isə Gəncə şəhər Uşaq-Gənclər Şahmat Məktəbinin komandaları tutub.

Birinciliyin keçirilməsinin əsas məqsədi Təhsil Nazirliyi sistemində fəaliyyət göstərən şahmat məktəblərinin perspektivli şahmatçılarını aşkara çıxarmaq və mərkəzin yığma komandasını formalaşdırmaqdır.

Qaliblər “Təhsil” Respublika İdman Mərkəzinin kubok və diplomları ilə təltif ediliblər.


Müəllif: