Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Teleqraf.com AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, Topaz Premyer Liqasının IX turunda keçiriləm "Neftçi" – "Qarabağ" oyununda baş vermiş hadisə müzakirə olunub.
Matçın 90+2-ci dəqiqəsində meydançaya azarkeş daxil olub və oyunda fasilə yaranmasına səbəb olub. “Neftçi” klubu oyunda təhlükəsizliyi tam təmin etmədiyinə görə klub 4000 manat cərimə olunub.
Bundan başqa, "Neftçi"nin 9 №-li futbolçusu Catalin Tira meydançaya daxil olan azarkeşə hücum edib. Dava-dalaşda iştirak etdiyinə görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılan Tira 5 oyun cəzalanıb, klub 2400 manat cərimə olunub.