Super liqa yarışlarının 10-cu həftəsində Təbrizin “Traxtur” və “Qostəreşe fulad” komandaları arasında keçirilən qarşılaşma bu dəqiqələrdə sona çatdı.
Təbrizdə oktyabrın 27-i yerli vaxtla saat 14:45-də qardaş komandalar arasında başlayan görüşə “Qostəreşe fulad” klubu ev sahibliyi edib. “Bonyan-i dizel” stadionunda keçirilən yarış sonda 2:0 hesabı ilə “Traxtur”un xeyirinə yekunlaşıb. “Traxtur”a qələbə qazandıran qollar 40 və 46-cı dəqiqələrdə Lusanio Edinho tərəfindən vurulub.
Bu nəticədən sonra “Traxtur” 20 xalla (imtiyaz) müvəqqəti olaraq turnir cədvəlinin birinci pilləsində qərarlaşıb.
“Traxtur”-“Qostəreşe fulad” görüşü ilə eyni vaxtda Təbrizin “Maşınsazi” komandası ilə Tehranın “Peykan” takımı “Traxtur”un xüsusi stadionunda qarşılaşıb. Görüş 4:1 hesabı ilə qonaq komandanın xeyirinə yekunlaşıb.