29 Oktyabr 2016 21:35
724
12 Punto 14 Punto 16 Punto 18 Punto

Hər dəfə arenaya çıxanda qalib gəlib Vətənin idman şərəfini qorumağa çalışıram. Azərbaycan bayrağını beynəlxalq arenada ucaltmaq mənim üçün böyük şərəfdir.

Teleqraf.com xəbər verir ki, bu sözləri Azərtac-a müsahibəsində Avstriyanın Lints şəhərində keçirilən karate üzrə dünya çempionatında beşinci dəfə çempionluğunu bayram edən Azərbaycan milli komandasının üzvü Rafael Ağayev səsləndirib. Beşqat Avropa çempionu keçirdiyi hissləri ifadə edərək deyib: “Fürsətdən istifadə edərək, bütün Azərbaycan xalqını təbrik etmək istərdim. Növbəti qızıl medalımı da xalqıma, ailəmə və sevdiklərimə həsr edirəm. Düşünürəm ki, Azərbaycan bayrağını ucaltmaq, himnimizi səsləndirmək hər bir idmançının borcudur. Hazırda sevincimin həddi-hüdudu yoxdur. Federasiya rəhbərliyinə, müəllimlərimə və eləcə də biz idmançılara dəstək olan hər kəsə minnətdaram”.

Xatırladaq ki, 75 kiloqram çəki dərəcəsində yarışan idmançımız finalda misirli karateçi Ömər Əbdül Rəhman ilə qarşılaşıb və rəqibinə 4:1 hesabı ilə qalib gələrək beşinci dəfə planetin ən güclü karateçisi adına yiyələnib. O, həm də 13 dəfə Avropa çempionu olub.


Müəllif:

Oxşar xəbərlər