Malta millisinin qapıçısı Endrü Hoqq sensasiyalı açıqlama verib.
Qol.az-ın “The Sun”a istinadən yaydığı xəbərə görə, o deyib ki, oktyabrın 11-də DÇ-2018-in Litvaya qarşı keçirilən DÇ-2018-in səfər matçından öncə oyunun FİFA nümayəndəsi onların paltardəyişmə otağına girərək xəbərdarlıq edib.
“O bizə dedi ki, bu qarşılaşma üçün bukmeyker kontorlarına anormal həddə pul qoyuluşu edilib. Qeyd etdi ki, əksəriyyət Maltanın iki və daha çox qol buraxmasına pul atıb. Sonra xəbərdalıq edib otağı tərk etdi”.
Endrü Hoqq deyib ki, sözügedən oyunda Litva 2:0 hesabı ilə qələbə qazandığı üçün narahatdır: “Çünki mən təmiz oynamışam. Səhvə yol verməmişəm. Hətta 3-4 dəfə dəfə komandamı qoldan xilas etmişəm. Amma FİFA nümayəndəsinin dediklərini unuda bilmirəm. Hətta oyunun gedişatı zamanı düşünürdüm ki, çox qol buraxsam, gecəni polis idarəsində keçirə bilərəm. Qətiyyətlə deyirəm ki, bu məsələ ilə əlaqədar gizli saxlayacağım məlumatım yoxdur”.
Məsələ ilə əlaqədar hələlik FİFA açıqlama verməyib. Yalnız o bildirilir ki, artıq araşdırma başlayıb və kiməsə qarşı rəsmi ittiham irəli sürülməyib.