1 Noyabr 2016 15:19
518
12 Punto 14 Punto 16 Punto 18 Punto

İspaniya Futbol Federasiyası dünyanın bir nömrəli derbisi olan “Barselona” – “Real Madrid” matçının başlama vaxtını açıqlayıb.

Teleqraf.com xəbər verir ki, La Liqanın XIV turu çərçivəsində “Nou Kamp” stadionunda oynanılacaq matç dekabrın 3-də Bakı vaxtı ilə saat 19:15-də başlayacaq.

On turdan sonra La Liqaya 24 xalla kral klubu başçılıq edir. “Barselona” isə 22 xalla turnir cədvəlində ikincisi sırada qərarlaşıb.


Müəllif: