2 İyul 2014 16:34
821
12 Punto 14 Punto 16 Punto 18 Punto

Argentina futbolunun canlı əfsanəsi Dieqo Armando Maradona yığmasının "DÇ-2014"dəki çıxışını dəyərləndirib.

Teleqraf.com qol.az-a istinadən xəbər verir ki, Maradona Argentina millisinin potensialından aşağı oyun nümayiş etdirdiyini bildirib:

"Argentinanın tam gücü ilə oynadığını düşünmürəm. Komanda hücumda oyun tempinə nəzarət edə bilmir. Buna görə çox acıqlı və əsəbiyəm. Yığma komanda daha yaxşı oynamalıdır. Lionel Messi tək qalıb. Yarımmüdafiəçilər oyunu üzərilərinə götürməyə cəhd etmirlər. Komanda potensialından aşağı çıxış edir. Əgər komanda Belçika ilə oyuna qədər özünə gəlməsə, yenə narahatçılıq içində olacağıq".

Qeyd edək ki, Argentina - Belçika oyunu iyulun 6-da, Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.


Müəllif: