2 İyul 2014 17:01
1 142
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dünən Dünya Kuboku çərçivəsində keçirilən futbol matçında Belçika ilə ABŞ qarşılaşıb. Oyunu böyük maraqla izləyən ABŞ prezidenti Obama matç bitənə qədər sanki yerində otura bilməyib.

Tim Hovardın möhtəşəm performans sərgilədiyi qarşılaşmada saysız qol imkanlarından faydalana bilməyən Belçika nəhayət uzatma dəqiqələrində hesabı 2-1 etməyi bacarıb. Oyunu Ağ Evdəki qrupu ilə izləyən Obama oyun boyu həyəcınına hakim ola bilməyib. Uzatma dəqiqələrində Belçikanın vurduğu 2-ci qol ABŞ prezidentini məyus edib. /Axar.az/


Müəllif: