2 İyul 2014 17:29
783
12 Punto 14 Punto 16 Punto 18 Punto

Braziliyalı ulduz futbolçu Kaka rəsmi olaraq "Orlando Siti" ilə müqavilə imzalayıb.

Teleqraf.com xəbər verir ki, bir mərasimlə mətbuata tanıdılan braziliyalı ulduz 3,5 il müddətinə "Orlando"nun formasını geyəcək. Karyerasını ABŞ-da davam etdirmə qərarı alan futbolçu 2015-ci ildən etibarən Amerika Futbol Liqası MLS-də çıxış edəcək. O müddətə qədər futbolçu "Sao Paolo" formasını geyməyə davam edəcək.

İmza mərasimindən sonra mətbuata açıqlama verən futbolçu yeni klubuna faydalı olmaq istədiyini dilə gətirib:

"Amerika xalqına futbolu daha çox sevdirmək istəyirəm. MLS-in sürətli inkişafını görürük. "Orlando Siti" seçməyimin ən böyük səbəbi klub prezidentidir. Yeni bir layihə gerçəkləşdirəcəyimə inandığım üçün "Orlando"ya gəldim",- deyə Kaka bildirib. /ANS PRESS/


Müəllif: