3 Noyabr 2016 12:50
561
12 Punto 14 Punto 16 Punto 18 Punto

“PAOK” komandasının baş məşqçisinin fikirlərini oxudum. Yunanıstanlı rəqiblərimiz qalib gəlmək istəyirlər. Amma bu matçdan başqa iki qarşılaşma da var. Yaxşı oyun göstərməliyik. Qalib gəlməyə çalışacağıq.

Teleqraf.com xəbər verir ki, bu sözləri futbol üzrə UEFA Avropa Liqasının qrup mərhələsinin IV turunda səfərdə Yunanıstanın “PAOK” komandası ilə qarşılaşacaq Ağdamın “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov keçirdiyi mətbuat konfransında deyib.

Oyunun istənilən nəticə ilə başa çata biləcəyini vurğulayan baş məşqçi bildirib ki, əsas hədəf məğlub olmamaqdır. Rəqib Bakıda görüşdüyümüz komandadır. Ev oyunlarında daha fərqli, aqressiv olacaqları şübhəsizdir. Bizi nə qədər müdafiədə oynamağa məcbur etsələr, o qədər müdafiə olunacağıq. Bununla belə, hücum qurub, topa sahib olmağa çalışacağıq. “PAOK” çox sıx oynayan komandadır. Hücumlar qurmalıyıq və matçın əvvəlindəki təzyiqdən çıxmağa çalışacağıq.

“Futbolçu çoxlu azarkeş qarşısında oynamaqdan həzz almalıdır. Rəqib meydanındakı azarkeşlər ev sahibi komandanı daha istəkli edir. Oyunda bizim azarkeşlər də stadionda olacaqlar, onlara da inanıram. Azarkeş səsini yox, oyun haqda düşünəcəyik”, - deyə Qurban Qurbanov deyib.

“Qarabağ”ın müdafiəçisi Ansi Aqolli də oyun haqda fikirlərini bildirərək deyib: “Əlbəttə, çətin oyun olacaq. Artıq rəqiblə bir oyun keçirmişik. Güclü azarkeş dəstəyi olacaq. Hamı belə atmosferdə oynamaq istəyər. Xüsusi bir tapşırıq yoxdur. Məşqçimizin verdiyi tapşırıqları dəqiq yerinə yetirməyə çalışacağıq”.

“PAOK”-“Qarabağ” oyunu noyabrın 3-də Bakı vaxtı ilə saat 00:05-də Salonikidəki “Toumba” stadionunda start götürəcək.


Müəllif:

Oxşar xəbərlər