"Qarabağ"ın qapıçısı İbrahim Şehiç növbəti dəfə Bosniya və Hersoqovina millisinə çağırılıb.
Qol.az-ın xarici KİV-lərə istinadən yaydığı xəbərə görə, 28 yaşlı qolkiper DÇ-2018-in seçmə mərhələsində Yunanıstanla oyun üçün yığmaya dəvət olunub.
Qeyd edək ki, Yunanıstan - Bosniya və Hersoqovina görüşü noyabrın 13-ü keçiriləcək.