Oxşar xəbərlər
Portuqaliya millisinin baş məşqçisi Paulo Bentu komandanın futbolçusu Kriştiano Ronaldonun DÇ-2014-də zədəli olduğu üçün yaxşı oynamadığı ilə bağlı yayılan iddialara münasibət bildirib.
Ronaldonun Braziliyaya heç bir problemi olmadan getdiyini deyən 45 yaşlı mütəxəssis iddiaları təkzib edib:
"Ronaldo DÇ-2014-ün ilk matçında istədiyi oyunu nümayiş etdirə bilmədi. Ancaq digər görüşlərdə komandanın ən önəmli futbolçusu oldu. O, Portuqaliyanın qrupdan çıxması üçün çox çalışdı. Ancaq Ronaldonun zədə səbəbindən istədiyi kimi oynamadağı ilə bağlı yayılan iddialar yalandır"./qol.az/