8 Noyabr 2016 13:10
483
12 Punto 14 Punto 16 Punto 18 Punto

Millimizin DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə keçiriləcək oyununun hakimləri bəlli olub.

Qol.az-ın məlumatına görə, oyunu fransalı hakimlər briqadası idarə edəcək.

Matçın baş hakimi Kleman Torpen olacaq. Ona Nikola Danos və Kril Qrinor kömək edəcək. Dördüncü hakim funksiyasını isə Frenk Şneyder yerinə yetirəcək.

Qeyd edək ki, noyabrın 11-də "Vindzor Park"da keçiriləcək Şimali İrlandiya - Azərbaycan qarşılaşması Bakı vaxtı ilə saat 23:45-də başlayacaq.


Müəllif: