"Barselona" futbolçusu Lionel Messinin "Sevilya" ilə oyunda aldığı sarı vərəqənin ləğvi üçün apellyasiya şikayəti verib.
Qol.az-ın İspaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Kataloniya klubun hakimin verdiyi qərarın haqsız olduğunu düşünür.
Qeyd edək ki, L.Messi qarşılaşmanın 83-cü dəqiqəsində butsu çıxdığı üçün onu yenidən geyinib. Matçın hakimi həmin müddət argentinalı hücumçunun ləng hərəkət edərək vaxtı uzatmağa çalışdığını düşünərək ona sarı vərəqə göstərib. Bu, L.Messinin bu mövsüm 3-cü sarı vərəqəsi olub.