8 Noyabr 2016 18:31
580
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Vacib oyunlardan biri olacaq. Çünki Şimali İrlandiya bizimlə yanaşı, qrupda iddialı yer üçün mübarizə aparır. Ona görə də şəxsi oyunda məğlub olmamaq üçün əlimizdən gələni etməliyik".

Qol.az-ın məlumatına görə, bu sözləri millimizin kapitanı Rəşad Sadıqov DÇ-2018-in seçmə mərhələsində Şimali İrlandiya ilə səfər oyunu öncəsi jurnalistlərə açıqlamasında deyib.

O, rəqibə ehtiyatla yanaşdıqlarını bildirib: "Şimali İrlandiya ilə əvvəl oynadığımız hər iki oyunda rəqib bizdən üstün olub, amma uduzmamışıq. Sadəcə onlar əlinə düşən fürsətlərdən istifadə edə bilməyib. Amma biz bu imkanlardan yararlanmışdıq. Rəqibə ehtiyatla yanaşırıq. Bunun da əsas səbəblərindən biri odur ki, Şimali İrlandiya Avro-2016-nın final mərhələsində çıxış edib. Üstəlik oyunumuz səfərdədir. İkincisi də hər bir rəqibdən ehtiyat edirik. Ehtiyatlı olmasan cəzalanacaqsan".

R.Sadıqov həm millinin, həm də şərəfini qoruduğu "Qarabağ"ın son zamanlar uğurlu çıxışı haqda da danışıb: "17 ildir əsas liqada futbol oynayıram. Amma ilk dəfədir belə bir hiss var. Həm klubumuz, həm də millimiz uğurlu çıxış edir. Hər birimiz çox ciddi hazırlaşmışıq. Əlimizdən gələni edəcəyik ki, səfərdən yaxşı nəticə ilə qayıdaq".

Qeyd edək ki, Şimali İrlandiya - Azərbaycan oyunu noyabrın 11-i keçiriləcək.


Müəllif:

Oxşar xəbərlər