Azərbaycanlı FİFA hakimlərinin siyahısı açıqlanıb.
Teleqraf.com xəbər verir ki, 2017-ci ildə beynəlxalq oyunlara 22 təmsilçimiz təyinat ala biləcək.
Cari illə müqayisədə yeni ildə bəzi dəyişikliklər olacaq. Ən diqqətçəkən məqam 3 referimizin tərkibində olan dəyişiklikdir. Orxan Məmmədovu FİFA referiliyindən geri çağıran AFFA onun yerinə Ömər Paşayevi beynəlxalq quruma təqdim edib. Onunla yanaşı Rəhim Həsənov və Əliyar Ağayev də FİFA referisi statusunu daşıyacaq.
Azərbaycan beynəlxalq arenada 3 referi, 6 laysman, 4 futzal referisi, 3 çimərlik futbolu referisi, 2 qadın futbolu referisi və 4 qadın futbolu laysmanı ilə təmsil olunacaq.
Hakimlərin siyahısı aşağıdakı kimidir:
Referilər: Əliyar Ağayev, Rəhim Həsənov, Ömər Paşayev
Referi köməkçiləri: Yaşar Abbasov, Namiq Hüseynov, Rza Məmmədov, Vaqif Musayev, Zeynal Zeynalov, Mübariz Haşımov
Futzal üzrə FİFA referiləri: Elçin Səmədli, Yusif Nurullayev, Ramil Namazov, Hikmət Qafarlı
Çimərlik futbolu üzrə FİFA referiləri: Əfqan Həmzəyev, İnqilab Məmmədov, Sədaqət Vəliyeva
Qadın FİFA referiləri: Səbayel Qurbanova, Yuliya Qurbanova
Qadın FİFA referi köməkçiləri: Gülyana Güvəndiyeva, Xəyalə Əzizzadə, Aybəniz Əsgərzadə, Lamiyyə Sadıqova.