22 Aprel 2014 21:49
1 379
12 Punto 14 Punto 16 Punto 18 Punto

Çempionlar Liqasının yarımfinal mərhələsinin ilk oyunu çərçivəsində bu axşam səfərdə "Atletiko" (Madrid) klubunun qonağı olacaq "Çelsi"nin hücumçusu Fernando Torres sabiq komandası haqda danışıb.

Teleqraf.com-un məlumatına görə, ispaniyalı futbolçu "El Mundo Deportivo"ya açıqlamasında Madrid təmsilçisinin bu mövsüm La Liqanın qalibi olacağına inandığını bildirib:

"Əgər "Atletiko" bu mövsüm La Liqada çempion olmasa, bu, ədalətsizlik olacaq. Çünki bir sıra komandalar belə uğur qazanmaları üçün xeyli pul xərcləyirlər. Əminəm ki, "Atletiko" birdən-birə titul uğrunda mübarizəyə başlamayıb. Onlar oyundan-oyuna qələbə qazanmağı qarşılarına məqsəd qoyublar. "Atletiko"nun xarakteri ona "Barselona" və "Real" kimi komandalarla mübarizə aparmaq imkanı verib. Mövsümün əvvəlində heç kəs "Atletiko"nun belə savaşacağını gözləmirdi. Dieqo Simeone çox yaxşı kollektiv yaradıb. Məncə, Simeone olmadan komanda belə uğurlu çıxış etməzdi. Sabiq komandamın bu mövsüm çempion olacağına inanıram".

Qeyd edək ki, "Atletiko" La Liqanın 34 turundan sonra 85 xalla turnir cədvəlinə başçılıq edir.


Müəllif: