16 Noyabr 2016 08:51
578
12 Punto 14 Punto 16 Punto 18 Punto

Konqo Futbol Federasiyası millinin baş məşqçisi Pyer Leşantrı istefaya göndərib.

Komanda.az xəbər verir ki, bu barədə məlumatı AFP yayıb. Fransız mütəxəssisin qovulmasına səbəb, Konqo millisinin son vaxtlar uğursuz çıxış etməsidi. Belə ki, “qırmızılar” keçirdiyi son 5 oyunun 4-nü məğlubiyyətlə başa vurub. Konqo yığması DÇ-2018-in seçmə mərhələsi çərçivəsində keçirdiyi hər 2 oyunu məğlubiyyətlə başa vurub və sonuncu pillədə yer alıb.

66 yaşlı mütəxəssis bu ilin yanvar ayından Konqo millisinin “sükanı arxasına” keçmişdi. Leşantr məşqçi karyerası ərzində Konqo millisindən başqa Mali, Kamerun, Qətər kimi yığmaları da çalışdırıb.


Müəllif:

Oxşar xəbərlər