3 İyul 2014 15:02
2 557
12 Punto 14 Punto 16 Punto 18 Punto

Sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın məşqçilər korpusunda dəyişiklik edilib.


Teleqraf.com bildirir ki, Azərbaycan Güləş Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, federasiyanın prezidenti Fazil Məmmədovun əmri ilə sərbəst güləş üzrə gənclərdən ibarət yığma komandanın böyük məşqçisi Arif Abdullayev tutduğu vəzifədən azad edilib.

Onun yerinə, bir vaxtlar sərbəst güləş üzrə yığma komandanın baş məşqçisi olmuş, yığma komandanın baş məsləhətçisi Saypulla Absaidov təyin olunub.

/ANS PRESS/


Müəllif: