ABŞ millisi DÇ-2018-in seçmə mərhələsində Kosta-Rikaya 0:4 hesabı ilə uduzub.
Bu, amerikalılar üçün son 36 ilin ən ağır məğlubiyyətidir. Belə ki, ABŞ millisi sonuncu dəfə 4 top fərqi ilə 1980-cı ildə Meksikaya uduzmuşdu - 1:5.
Qeyd edək ki, KONKAKAF zonasındakı seçmə mərhələyə ABŞ millisi ardıcıl 2 məğlubiyyətlə başlayıb. Hazırda 6 komanda arasında sonuncu olan Yurgen Klinssmanın yetirmələri mundiala vəsiqə qazanmaq üçün ilk 3 yerdən birini tutmalıdır.
/Qol.az/