İtaliyanın “Stadiosport” saytı “Qəbələ”nin bu mövsümkü çıxışına dair yazı dərc edib.
Qol.az-ın xəbərinə görə, “Təzadlı “Qəbələ” başlıqlı yazıda qeyd edilib ki, Avropa Liqasının qrup mərhələsində böyük futbol ənənələri olmayan ölkələrdən, məsələn, Azərbaycandan komandalar oynayır.
“Son illər Azərbaycan futbolunun inkişafını qeyd etməklə yanaşı, “Qəbələ”nin bu mövsümkü təzadlı çıxışlarını toxunmaya bilmirik. Roman Qriqorçukun komandası hazırda 25 xalla Azərbaycan Premyer Liqasında lider olsa da, Avroliqanın qrupunda sonuncu yerdədir və bir xal belə toplaya bilməyib. “Qəbələ”dən fərqli olaraq, Azərbaycanın digər təmsilçisi, “Fiorentina” ilə eyni qrupda yer alan “Qarabağ” isə 1/16 finala çıxmağa yaxındır”.
Bütün bunlara diqqət çəkən qəzet yazır ki, Avropa miqyaslı yarışlarda islahatlara ehtiyac var.