3 İyul 2014 16:32
814
12 Punto 14 Punto 16 Punto 18 Punto

Beynəlxalq Güləş Federasiyası - FILA təqvim planı üzrə iyun ayında keçirilən yarışların nəticələrinə əsasən, iyul ayı üçün qadın güləşi üzrə güləşçilərin reytinq siyahısını açıqlayıb.

Azərbaycan Güləş Federasiyasından Teleqraf.com-a verilən məlumata görə, qadın güləşçilərin reytinq siyahısına 5 güləşçimizin adı daxil edilib:

48 kq
1. Mariya Stadnik (2)

53 kq
15. Patimat Baqomedova (10)

58 kq
6. İrina Netreba (5)

60 kq
1. Yuliya Ratkeviç (1)

69 kq
18. Raqnetta Qurbanzadə (nr)

FILA təqvim planı üzrə iyun ayında keçirilən yarışların nəticələrinə əsasən, iyul ayı üçün sərbəst növ üzrə güləşçilərin reytinq siyahısını da açıqlayıb.

Sərbəst güləş üzrə reytinq siyahısına 9 pəhləvanımızın adı daxil edilib:

61 kq
1. Hacı Əliyev (1)
7. Əhmədnəbi Qvarzatilov (8)

70 kq
2. Ruslan Dibirhacıyev (2)

74 kq
3. Cəbrayıl Həsənov (4)
86 kq
7. Həmzət Osmanov (12)

97 kq
3. Xetaq Qazyumov (3)
6. Şərif Şərifov (6)

125 kq
4. Əli İsayev (6)
5. Cəmaləddin Məhəmmədov (7)

Qeyd edək ki, mötərizədə yazılan rəqəmlər idmançıların ötən ayın reytinq siyahısında tutduqları yeri göstərir.


Müəllif: