19 Noyabr 2016 21:12
563
12 Punto 14 Punto 16 Punto 18 Punto

“Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov futbolçularına qadağa tətbiq edib.

Teleqraf.com-un qol.az-a istinadən məlumatına görə, Ağdam klubunun çalışdırıcısı komandasının üzvlərinə noyabrın 24-də Çexiyada “Slovan”a qarşı keçiriləcək Avropa Liqasının qrup mərhələsinin oyunu haqda jurnalistlərə danışmağı qadağan edib.

Yalnız həmin görüşdən sonra bu görüşlə bağlı media ilə rəsmi ünsiyyətə icazə verilib.

Qeyd edək ki, bu gün “Kəpəz”lə oyundan sonra “Slovan”la matç haqda Ağdam klubunun hücumçusu Dino Ndlovuya sual verilsə də, bu sual cavablandırılmayıb. Buna səbəb kimi, sözügedən qadağa əsas gətirilib.


Müəllif:

Oxşar xəbərlər