19 Noyabr 2016 23:38
417
12 Punto 14 Punto 16 Punto 18 Punto

"Komandada ciddi itkilər vardı. Bu da onu göstərir ki, bir itkinin böyük təsiri olur. Çalışdıq ki, "Qarabağ"a qarşı baxımlı oyun oynayaq". "Report"un məlumatına görə, bunu "Kəpəz" klubunun baş məşqçisi Şahin Diniyev Azərbaycan Premyer Liqasının XII turunda səfərdə "Qarabağ"la keçirilmiş oyun haqda danışarkən deyib.

Baş məşqçi 0:1 hesablı məğlubiyyət haqda bunları bildirib: "İlk hissədə oyunu müdafiədən qurub sürətli əks-hücumlarla oynamaq istədik, amma alınmadı. İkinci hissədə isə "Qarabağ"a qaşrı hücum etməliydik. Bu da çox təhlükəli idi. Riskə gedib hücum etdik, amma faydası olmadı. Birinci hissəyə yox, amma ikinci hissədə göstərdikləri oyuna görə, komandaya təşəkkür edirəm. Nəyə görə üç əvəzetməni birdən həyata keçirdim? Bunu 83-də planlaşdırmışdım, amma 88-ci dəqiqəyə qədər oyun dayanmadı. Artıq üçünü də birdən oyuna salmağa məcbur oldum. "Qarabağ"a "Slovan"la keçirəcəyi Avropa Liqası oyununda uğurlar arzu edirəm".

Ş.Diniyev daha sonra jurnalistlərin suallarını cavablandırıb:

- Oyun bir neçə dəqiqə davam etdi və əvəzetmələr gec oldu.
- Bəlkə də həmin anda futbolçu emosional olur. Mən də elə oluram. İndi dediniz, yadıma düşdü. Gərək bunu deyərdim.

- 1:0 sürüşkən hesabdır. Necə adlandırmaq olar, bəxt yoxsa?
- Bu gün "Qarabağ"a onların ərazisində hücum etmək, qarşılıqlı hücumla oynamaq ölümə bərabər olan bir şeydir. Uduzmağımıza görə utanmıram. Çünki "Qarabağ" nəinki bizi, Avropanın top klublarını udur. Biz hələ stabil oynaya bilmirik. Hər şey vardı, amma bir balaca bəxt amili vardı. Bu bizim üçün imtahan idi. İmtahandan hardasa 3+ aldıq.

- Dario nə vaxt qoşulacaq?
- Artıq qoşulub, amma 18-liyə salmadım. Çox həssas futbolçudur. Tam hazır deyil. Vəziyyətinin düzəlməsi üçün çox çalışmalıdır. Özünü qorumalıdır ki, ikinci bir zədə olmasın.

Qeyd edək ki, Ş.Diniyev konfrans zalına daxil olarkən orada olan bütün jurnalistlərlə tək-tək görüşüb.


Müəllif:

Oxşar xəbərlər