İtaliyanın Eboli şəhərində keçirilən pankration üzrə dünya çempionatında Azərbaycan idmançıları 4 qızıl və 1 gümüş medal qazanıblar.
Azərbaycan Pankration, Qrappling və MMA Federasiyasından APA-ya verilən məlumata görə, “Neftçi İdman Klubu”nun yetirmələrindən Pərviz Qasımov (53 kq), Ömər Mutayev (78 kq), Amil Məhərrəmli (85 kq), Seymur Quliyev (93 kq) qızıl, Xəyalə Əsgərova (57 kq) isə gümüş medal qazanıblar.
Dünya çempionatında 43 ölkənin idmançıları iştirak edib.