21 Noyabr 2016 00:16
576
12 Punto 14 Punto 16 Punto 18 Punto

Futbol üzrə Türkiyə Superliqasının XII turu çərçivəsində "Fənərbağça” doğma meydanda "Qalatasaray”ı qəbul edib.

Teleqraf.com xəbər verir ki, "Şükrü Saracoğlu" adına stadionda baş tutan derbi meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə nəticələnib.

Oyunun qəhrəmanı Robin van Persi olub. Holland hücumçu matçda hər 2 qolun müəllifi olub.

“Fənərbağça” bu nəticə ilə derbidə qələbə nisbətini bir qədər də artırıb. Komanda artıq 151-ci qələbəsini hesabına yazdırıb. Keçirilən 385 matçdan 127-də "Qalatasaray” qələbəyə sevinib, 107 qarşılaşma isə bərabərlik qeydə alınıb.

“Fənərbağça" bu qələbə sayəsində turnir cədvəlində "Qalatasaray”ı keçərək 21 xalla 3-cü pilləyə yüksəlib. “Qalatasaray” isə 20 xalla 5-ci pillədə qərarlaşıb.

Türkiyə Superliqası, XII tur
21:00. "Fənərbağça" - "Qalatasaray" - 2:0
Qollar: Robin van Persi, 45, 78-pen


Müəllif:

Oxşar xəbərlər